“Port Baku Mall” üçmərtəbəli bünövrə üzərində 30.000 m2 icarə sahəsi olan alış-veriş mərkəzidir. Mükəmməl dizayna malik bu ticarət mərkəzi “Port Baku Residence” yaşayış kompleksinin təməlini təşkil edir.
Rəsmi açılışı 2014-cü ilin sentyabr ayı üçün planlaşdırılan bu ticarət mərkəzinin sahələri artıq tamamilə icarəyə götürülüb. Lüks univermaqla bitişik olan mərkəzdə “Ralph Lauren”, “Prada” və “Burberry” kimi aparıcı dizayner brendlərinin flaqman dükanları yerləşir.
Ümumi daxili sahəsi: 30.000 m2