Öz antik güzgüləri və dəbdəbəli mebel dəstləri ilə Parisin klassik dekadent üslubundan ruhlanan “Paris Bistro” – həqiqətən də Fransanın Bakıdakı kiçik bir güşəsidir. Öz sadə, təbii abu-havası və Fransanın ənənəvi “bistro” mətbəxinin ən ləziz təamlarını təklif edən və yüksək ustalıqla hazırlanmış menyusu ilə bu restoranı tam əminliklə şəhərin mərkəzində yerləşən füsunkar vahə adlandırmaq olar.