BİZ GÜCÜMÜZÜ İŞÇİLƏRİMİZDƏN ALIRIQ!

DÜZGÜN SEÇİLMİŞ HEYƏTLƏ İSTƏNİLƏN TAPŞIRIĞIN ÖHDƏSİNDƏN GƏLƏ BİLƏRİK!
Dünya səviyyəli tikinti üçün dünya səviyyəli işçi heyət tələb olunur və Paşa ən yaxşılarından birinə malikdir. Kollektivimiz layihələrə əvvəldən axıra kimi rəhbərlik etməyə qadir bilik və təcrübəyə sahib olan tədbirli və perspektiv düşüncəli mütəxəssislərdən ibarətdir.

Biz fəth etdiyimiz zirvələr üçün əməkdaşlarımıza borcluyuq. Məhz onlar “Paşa” adını xarakterizə edir və Azərbaycanda beynəlxalq müstəvidə layiqincə və qürur hissi ilə təmsil oluna biləcək ən nüfuzlu tikinti layihələrinin təməlini qoyurlar.

ETİBARLI ÜNSİYYƏT BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

VƏ BİZ SİZİN DİLİNİZDƏ DANIŞIRIQ

Ünsiyyət bizim üçün ən dəyərli bacarıqlar arasında yer alır və işçi qruplarımızın əməkdaşları Azərbaycan, ingilis və rus dilində səlis danışa bilirlər. Bu, müştərək ideya və fikirlərimizi reallaşdırmazdan əvvəl, həm yerli, həm də beynəlxalq səhmdar və tərəfdaşlarımızla fikir mübadiləsi aparmaq iqtidarında olduğumuzu sübut edir.

Hər hansı fərqli layihəni uğurla həyata keçirə bilmək üçün tələb olunan başlıca amillərdən biri tərəfdaş və səhmdarların fikirlərini dinləmək bacarığıdır. Şirkətimizdə müştərilərimizin orijinal fikirlərini aydın şəkildə əks etdirən konsepsiyaların çatdırılması sahəsində özünü doğrultmuş heyət fəaliyyət göstərir.

BİZ ƏN YAXŞILARINI CƏLB EDİR

VƏ MÜKƏMMƏLİYƏ RUHLANDIRIRIQ


Layihələrimiz Azərbaycanı dünyanın ən dinamik və mütərəqqi ölkələrindən biri kimi nüfuza malik olmasına kömək edir.

Ən son müasir tikinti texnikasından istifadə edərək inqilabi dizayn konsepsiyalarının tərtib olunması mühasiblərdən tutmuş layihə menecerlərinə, mexanika mühəndislərindən tikinti supervayzerlərinə qədər hər bir sahədə yüksək bacarıq və təcrübə tələb edir. Şirkətimizdə çalışan işçilər öz sahələrinin mütəxəssisləridirlər.

BÜNÖVRƏDƏN YÜKSƏK KEYFİYYƏT

1 MİLYON KVADRAT METR VƏ SAY ARTMAQDADIR …

İlk dəfə 2006-cı ildə həyata keçirdiyimiz layihə sanki çox-çox əvvəl baş verib. O vaxtdan bəri şirkətimiz Azərbaycanda ən çox sevilən otel, ofis və müxtəlif təyinatlı obyektləri ilə birlikdə surətlə inkişaf etmişdir.

Bu gün tamamlanmış layihələrimiz ümumilikdə 1 milyon kvadrat metrdən çox peşəkar dizaynlı obyektlərdən ibarətdir. Layihələrimiz sözün əsl mənasında Azərbaycanın artan rifahı və regional nüfuzunu əks etdirir və bu prosesin bir hissəsi olmaq bizim üçün böyük şərəfdir.




Əvvələ qayıt