BAKI
İRSİ ƏNƏNƏLƏRLƏ ZƏNGİN VƏ ÇİÇƏKLƏNƏN PAYTAXT
Xəzər dənizinin qərb sahilində yerləşən Bakı şəhəri Azərbaycanın siyasi və mədəni mərkəzidir. Ölkə əhalisinin 40%-nin məskunlaşdığı Bakı meqapolisi ölkəmizin ən iri şəhəridir və son on il ərzində neft-qaz yataqlarının təkrar işlənməsindən sonra daha da inkişaf etmişdir.
Ötən əsrin sonlarından bəri, yəni dünya üzrə ümumi neft hasilatının yarısından çoxunu təmin etməyə başladığı vaxtdan etibarən, neft sayəsində məşhurlaşan Bakı şəhəri Azərbaycanın ən gözəl şəhəridir. Vaxtı ilə Nobel ailəsi məhz bu şəhərdə sərvət toplamış və sonradan eyniadlı mükafatı təsis etmişdir. Stalinqrad uğrunda gedən tarixi döyüşlərin əsas məqsədi də Bakıdakı neft yataqlarının düşmən əlinə keçməsinə yol verməmək idi.
Tarixi 5-ci əsrə aid olan İçərişəhər YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. XIX əsrin sonlarında iqtisadi artım nəticəsində tikilmiş Bakıda inqilabdan əvvəl neft baronlarına məxsus olan, hazırda isə muzey və sənət qalereyaları kimi istifadə edilən bir sıra malikanələr də daxil olmaqla, ‘’beaux-arts’’ cəlbedici memarlıq nümunələrini görmək olar.
Hazırda Azərbaycan Hökuməti dövlət orqanlarına infrastrukturun, eləcə də kommunal xətt və xidmətlərin təkmilləşdirilməsi üçün böyük məbləğdə vəsait ayırıb. Həmçinin, şəhərin tarixi və mədəni irsinin bərpası üçün xüsusi büdcə və qrantlar da ayrılıb. Digər tərəfdən isə sahil xətti boyu şəhərin beynəlmiləl ruhunu əks etdirən innovativ müasir arxitekturaya diqqət yetirməklə, bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir.
AZƏRBAYCANIN ZƏNGİN TƏBİİ SƏRVƏTLƏRİNİN TÖHFƏSİ BARƏDƏ DAHA ƏTRAFLI ÖYRƏN
Əvvələ qayıt