“Xaqani” (keçmiş “Malakan”) bağı və Fəvvarələr meydanında qapalı avtomobil dayanacaqları
Biz Bakı şəhərində avtomobil dayanacaqlarının təmin olunması istiqamətində mühüm addım ataraq təxminən 900 avtomobil üçün nəzərdə tutulmuş çoxmərtəbəli avtomobil dayanacağı kompleksini inşa etmişik. Şəhər mərkəzinin ətraf əraziləri baxımından cəlbedici xarici görünüşü olan bu dayanacaqların hər biri xüsusi olaraq istifadəçilərin maksimum rahatlığı üçün layihələndirilib.