İçərişəhərin kənarında, Osmanlı və İslam memarlıq üslublarının Avropanın “Belle Époque” dövrünün (“Gözəl dövr” – Fransada 1880-ci ildən Birinci Dünya müharibəsinə qədər olan dövr) zəngin memarlıq üslubu ilə birləşdiyi bir məkanda yerləşən “Four Seasons” oteli XIX-cu əsrin sonlarına aid Fransa memarlığı ruhunda inşa olunmuşdur.
Otel şəhərin ən nüfuzlu ünvanında – Dənizkənarı Milli Parkla üzbəüz (keçən əsrin sonlarında uğurlu biznes sayəsində zənginləşmiş “neft baronları”nın dəbdəbəli malikanələrində fəaliyyət göstərən) flaqman dükanları ilə zəngin Neftçilər prospektində yerləşir.
Ümumi daxili sahəsi: 49.300 m2