Yüksək xidmət və qonaqpərvərlik standartlarına görə məşhur olan unikal “Abşeron” oteli artıq 50 ildir ki, Bakı şəhərinin ən baxımlı və yaddaqalan obyektlərindən biridir. Bu ənənəni davam etdirən “Paşa İnşaat” şirkəti sözügedən sahəni rekonstruksiya etmişdir və indi burada (“Abşeron” oteli nəzdində) məşhur yaşayış kompleksi və beynəlxalq standartlara uyğun inşa olunmuş “JW Marriott” oteli yerləşir.
2012-ci ildə istifadəyə verilmiş və Bakı şəhərinin biznes, ticarət və əyləncə mərkəzində yerləşən bu otel həm yerli, həm də xarici qonaqlar arasında məşhurdur, belə ki, otelin qonaqları Xəzər dənizinə açılan möhtəşəm mənzərəli nömrələrlə yanaşı, birinci dərəcəli görüş otaqları, nəfis mətbəxli restoran, sağlamlıq və spa mərkəzi, eləcə də dam üzərində hovuz kimi bir sıra üstünlüklərdən yararlana bilərlər.
Ümumi daxili sahəsi: 47.300 m2