Ən yüksək keyfiyyətli və “A” beynəlxalq kateqoriyalı ofislər təklif edən “Port Baku Towers” kompleksi 2 kommersiya təyinatlı yanaşı qüllədən ibarətdir. Şimal Qülləsi (“North Tower”) bütünlüklə regionun ən qabaqcıl enerji şirkətinin yeni baş ofisinə məxsusdur. Bakı buxtasına açılan gözəl mənzərəsi olan Cənub Qülləsi (“South Tower”) də böyük tələbat doğurur, belə ki, bu binadakı sahələr mötəbər yerli və xarici şirkətlər tərəfindən tutulub.
“Port Baku Towers” kompleksi 8,000 m2 dünya səviyyəli əlavə fitnes və spa mərkəzi, eləcə də ofislər və “Port Baku Mall” ticarət mərkəzi arasında yerləşən və yalnız piyadalar üçün nəzərdə tutulmuş keçid yoldakı cəlbedici restoran və kafelər sayəsində daha da genişlənmişdir.
Ümumi daxili sahəsi: 130.000 m2