Dünya səviyyəli, məşhur qlobal brendin Bakıdakı flaqmanı sayılan bu möhtəşəm restoran və bar Abşeron Yaşayış Binasının ən hündür nöqtəsində iki mərtəbəni əhatə edir. Bakı Buxtasının əsrarəngiz və valehedici görüntülərinə açılan bu təmtəraqlı məkan, Şərq asudəliyinin dəyişməyən ruhunu Fransanın dekorativ kolonial üslubu ilə mükəmməl şəkildə bir araya gətirməyə müvəffəq olmuşdur.